Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb


Dünya 11 Sen 2020 17:22:00 106 0

Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb

Şərqi Azərbaycanda koronavirusa yoluxmada kəskin artım tendensiyası qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, bunu Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Hüseyn Somi deyib.

O Şərqi Azərbaycan vilayətində koronovirusla bağlı son vəziyyəti belə şərh edib: "İndiyədək Şərqi Azərbaycanda 30 055 koronavirus xəstəsi aşkarlanıb və onların 4,5%-i virusdan həyatını itirib".

O əlavə edib ki, son 24 saatda 280 yeni koronavirs xəstəsi xəstəxanaya yerləşdirilib və daha 12 nəfər ölüb.

Şərqi Azərbaycanda keçirilmiş koronavirus testlərinin təxminən 50%-nin müsbət çıxdığını qeyd edən Təbriz Tibb Elmləri Universitetinin rektoru əlavə edib ki, hazırda 105 nəfər də ventilyatorun (mexaniki ventilyasiya) köməyi ilə nəfəs alır.