İranda koronavirusdan daha 115 nəfər öldü


Dünya 11 Sen 2020 18:06:00 166 0

İranda koronavirusdan daha 115 nəfər öldü

İranda ötən sutka ərzində 115 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22 913 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 313 koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 397 801 nəfərə yüksəlib. Onlardan 3 753 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 342 539 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,5 milyondan çox diaqnoz testi həyata keçirilib.