"Hörümçək adam" ləqəbi alan yeddi yaşlı Yaşar hərəkətləri ilə görənləri heyrətə gətirir VİDEO FOTO


Digərləri 11 Sen 2020 17:27:00 150 0

"Hörümçək adam" ləqəbi alan yeddi yaşlı Yaşar hərəkətləri ilə görənləri heyrətə gətirir  VİDEO  FOTO

Yeddi yaşlı "Hörümçək adam"ın düz divara maneəsiz dırmaşması görənləri heyrətə gətirir.

"Daily Mail"in məlumatına görə, kadrlar Hindistandandır.

Son.az bildirir ki, videodan görünür ki, balaca Yaşar Sinqh əl və ayaqlarından istifadə etməklə çox rahatlıqla düz divara çıxır.

Uşağın sözlərinə görə, onda bu həvəs "Hörümçək adam" filminə baxdıqdan sonra yaranıb:

"Mən də onun kimi düz divara çıxmaq istəyirdim və bunun üzərində işləməyə başladım. Yeni başlayanda çox yıxılırdım. Amma ruhdan düşməyib məşqlərə davam etdim və bir gün, nəhayət, alındı. Mən qardaşıma, o da valideynlərimə dedi. Hər kəs şokda idi. Valideynlərim divara dırmaşmağımı istəmirdi, çünki yıxılıb əzilə bilərdim. Ancaq mən onları inandıra bildim".

Yaşarın sözlərinə görə, yıxılmaq üzrə olanda yaralanmamaq üçün xüsusi vəziyyət alır. (ölkə.az)