Arzu Rzayevin anası görün hansı məşhur imiş FOTO


Şou-biznes 11 Sen 2020 17:38:00 183 0

Arzu Rzayevin anası görün hansı məşhur imiş  FOTO

1939-1945-ci illərdə baş vermiş II Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaralar yaddaşlardan silinməyib. Artıq bu qanlı döyüşdən 73 il ötür. Azərbaycanın tanınmış müğənnisi Arzu Rzayevin anası və atası da bu dəhşətli müharibədə veteran olub.

Son.az bildirir ki, faktor.az saytına açıqlama verən müğənni bu günün onun üçün çox kədərli və ağrılı gün olduğunu qeyd edib:

"İlk onu deyim ki, bu bayram bizə yox, ən əsası veteranlara aiddir. Onlar da əfsus ki, çox az qalıblar. Mən feysbukda da yazmışam bu barədə. Qalanlara can sağlığı arzu edirəm.

Mənim valideyinlərimin iksi də döyüş zamanı əlil olub. Atam haqqında çox az məlumat var. Fotoları da çox azdır. Çünki o kəşfiyyatda qulluq edib. Onunla bağlı informasiyalar gizli olub.

Anam da müharibə veteranıdır. Onunla bağlı çox kitablar yazılıb. Müharibədən sonra anam adlı-sanlı həkimlərdən idi. O müharibəyə 16 yaşında qatılıb. Rəfiqələri ilə birgə müraciət edib, lakin yaşları çatmayıb deyə öncə qəbul etməyiblər. Daha sonra könüllü müraciət edib, elə gediblər.

Kursk şəhərində döyüşlərdə iştirak etdiyi zaman yaralanıb və həmin vaxtdan ayağında qəlpə qalıb. Həmin qəlpə ömrünün sonuna kimi ayağında qalıb. Həkimlər icazə vermirdilər əməliyyata. Çünki əməliyyat riskli sayılırdı və o həyatını itirə bilərdi.