"Dərs vaxtı"nda cədvələ uyğun mövzular təqdim olunub


Digərləri 11 Sen 2020 17:40:00 174 0

"Dərs vaxtı"nda cədvələ uyğun mövzular təqdim olunub

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramı sentyabrın 11-i üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən Son.az-a bildirilib ki, proqramda Azərbaycan bölməsi üzrə IX siniflər üçün fiziki tərbiyə, Azərbaycan dili, riyaziyyat və ingilis dili, X siniflər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili, XI siniflər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili və müəllimdən məktub üzrə dərslər təqdim olunub.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.