Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq


Digərləri 11 Sen 2020 16:55:00 139 0

Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq

Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq: "Hərarəti və digər şübhəli əlamətləri olan şagird və müəllimlər həmin otağa yerləşdiriləcək, daha sonra təcili tibbi yardım çağırılacaq və xəstədən test götürüləcək".