Məktəb daxilində şagirdlər üçün hazırlıq kurslarının təşkilinə icazə verilməyəcək


Digərləri 11 Sen 2020 16:56:00 107 0

Məktəb daxilində şagirdlər üçün hazırlıq kurslarının təşkilinə icazə verilməyəcək

Məktəb daxilində şagirdlər üçün hazırlıq kurslarının təşkilinə icazə verilməyəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şagirdlər dərsdən sonra yenidən məktəbə gələcəklərsə, bu, yenidən təhsil müəssisələrində şagird sıxlığının yaranmasına səbəb olacaq: "Amma valideynlər uşaqlarını əlavə müəllim yanına göndərirlərsə, bu, onların öz işidir".