Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir


Digərləri 11 Sen 2020 16:59:00 111 0

Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir

Məktəblərdə onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblərdə onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir: "Ümid edirik ki, müəllimlər bu il daha məsuliyyətli olacaqlar. Şagirdlərin teledərs, onlayn dərslərdən öyrəndiklərini qiymətləndirməsini aparacayıq".