Mövsümi qrip, yoxsa koronavirus?


Digərləri 11 Sen 2020 14:51:00 125 0

Mövsümi qrip, yoxsa koronavirus?

İsti yay mövsümünün bitməsi və havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır. Payızda mövsümi qriplərə yoluxmanın ənənəvi hal olduğunu nəzərə alsaq, koronavirusla adi qrip viruslarını necə fərqləndirmək lazım olduğu bir çoxları üçün maraq doğurur. Hər iki xəstəliyin əlamətlərinin oxşar olmasına baxmayaraq mütəxəssislər koronavirusun mövsümi qripdən fərqinin alt tənəffüs orqanlarına keçib, sətəlcəm yaratdığını deyirlər.

Vasif Əliyev - İnfeksionist: "Bunların əlamətləri çox zaman bənzərdir. Hər ikisi tempraturla, boğaz ağrısı ilə, halsızlıqla, hətta ishalla, əzələ ağrısı, pnevmaniya ilə də nəticələnə bilər. Ancaq koronavirusa xas patomatik əlamətlər var, məsələn, iybilmə və dadbilmənin itməsi. Düzdür, bu, hər xəstədə görülmür, ancaq görüldüyü zaman bizə koronavirusdan şübhələnməyə əsas verir. Qripin bu aydan görünmə ehtimalı çoxalacaq. Bunları yeganə ayırd etməyin yolları burun sürüntüsü, yəni burundan alınan yaxmada PCR üsulu vasitəsilə həm qripin, həm koronavirusun diaqnozunun qoyulmasıdır. Yəni sadəcə, loborator diaqnostika ilə bunların fərqini ayırd edərik, kliniki olaraq çox bənzərdilər".

Bəs görəsən, paytaxt sakinləri necə, klinki olaraq bənzəyən bu iki xəstəliyi bir-birindən ayırd edə bilirmi?

Sakin: "Məncə, koronavirusun hərarəti olur. Amma adi qripdə boğaz ağrıyır, burun axır".

Son.az ARB TV-yə istinadən xəbər verir ki, önəmli fərq isə təngənəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVID-19 xəstəliyinə xasdır. Bəzi ölkələr pandemiyanın yayıldığı bir vaxtda onu digər xəstəliklərdən fərqləndirmək üçün hərəkətə keçib. Məsələn, Koreya koronavirusla mövsümi qripi eyni anda test edə bilən, dolayısı ilə bir-birinə çox bənzəyən simptomları ayırd edən test kiti hazırlamağa başlayıb. Mütəxəssilərin fikrincə, ölkəmizdə də bu xəstəliklər arasında differensasiya aparılmasına dair bəzi işlərin görülməsinə ehtiyac duyulur.