Ərdoğandan maraqlı VİDEO: “Bizi yeyə bilməzsiniz”


Dünya 11 Sen 2020 14:57:00 139 0

Ərdoğandan maraqlı VİDEO: “Bizi yeyə bilməzsiniz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter hesabından bir video paylaşıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, uzun illər öncə çəkilmiş videoda Rəcəb Tayyib Ərdoğan deyir:

"Hazırladığınız bir qurd süfrəsi var. O qurd süfrəsində bizi yemək istəyirsiniz. Ancaq bağışlayın, biz sizin üçün böyük olarıq. Bizi yeyə bilməzsiniz".

Rəcəb Tayyib Ərdoğanın bu videosunu öz hesabında paylaşan Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun yazıb:

"Hörmətli prezidentimiz o gündən bu günədək millətindən aldığı güclə bir çox xain tələni onu quranların başına keçirdi. Allahın köməyi, millətimizin dəstəyi ilə prezidentimiz ölkəmizə, güclü Türkiyədə liderliyinə davam edəcək".