Ukraynada bir avtobus, iki yük maşını və minik avtomobili toqquşdu: 5 ölü, 20 yaralı var FOTO


Dünya 11 Sen 2020 14:40:00 126 0

Ukraynada bir avtobus, iki yük maşını və minik avtomobili toqquşdu: 5 ölü, 20 yaralı var  FOTO

Ukraynada Kiyev-Xarkov magistral yolunda mikroavtobus, 2 yük maşını və minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası olub.

Son.az avtosfer.az-a istinadən bildirir ki, bu barədə Kiyev vilayətinin Patrul Polisinin Mətbuat xidməti məlumat yayıb. 

"Qəza səhər saat 4 radələrində (yerli vaxt ilə - red.) magistral yolun 47-ci kilometrliyində iki yük maşını, mikroavtobus və minik avtomobilinin iştirakı ilə baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib", - Mətbuat xidmətindən bildirilib.