Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında olub FOTO


Siyasət 11 Sen 2020 13:53:00 136 0

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında olub  FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub.

Milli Məclisdən Son.az-a verilən məlumata görə, ümummilli liderin burada ucaldılan heykəli önünə əklil qoyulub.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər sentyabrın 12-də başa çatacaq.