Neftçalanın sabiq baş həkimi və təhsil şöbəsinin müdirinin həbs müddəti uzadıldı


Kriminal 11 Sen 2020 14:00:00 125 0

Neftçalanın sabiq baş həkimi və təhsil şöbəsinin müdirinin həbs müddəti uzadıldı

Bu gün Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs edilən Neftçala Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmənin qərarı ilə T.Zahidovun barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, T.Zahidov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Ona qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Bu gün Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs edilən Neftçala Rayon Təhsil Şöbəsinin sabiq müdiri Əjdər Kərimovun barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata da baxılıb.

Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmənin qərarı ilə Ə.Kərimovun barəsində olan həbs qəti imkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, Ə.Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Ona qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.