ABŞda 500 min insan evakuasiya edilib
Dünya 11 Sen 2020 14:07:00 127 0
ABŞ-ın Oreqon ştatında təbiət yanğınları səbəbindən azı 500 min insan evakuasiya edilib.
Son.az qafqazinfo-a istinadən bildirir ki, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Agentlik qeyd edir ki, söhbət 4,2 milyondan çox sakini olan ştatın 10%-dən gedir. Yanğınların sahəsi yalnız Oreqon ərazisində 362 min hektar təşkil edir. Azı üç nəfərin həlak olması məlumdur.
Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzinin məlumatına görə, ABŞ-ın Oreqon, Kaliforniya və Vaşinqton ştatlarını 100-dən çox təbiət yanğını cənginə alıb. Onların ümumi sahəsi 1,7 milyon hektardan çoxdur.
Mənbə: milli.az