Türkiyəli nazir: "Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini daha da artırmaqdır"


Digərləri 11 Sen 2020 11:55:47 105 0

Türkiyəli nazir: "Məqsədimiz Azərbaycanla ticarət dövriyyəsini daha da artırmaqdır"

2019-cu ildə Türkiyə ilə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəsini daha da artırmaqdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə deyib.

Nazir bildirib ki, hədəf Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. R.Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarında çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırıb.