Azərbaycanda yeni medal təsis edilir


Digərləri 11 Sen 2020 11:34:00 129 0

Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni yubiley medalının təsis edilməsi nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasına daxil edilib.

Belə ki, komitənin toplantısında "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik müzakirəyə çıxarılacaq.

Dəyişikliyin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi nəzərdə tutulur.