Samirə Mustafayeva illər sonra televiziyaya qayıtdı FOTO


Digərləri 11 Sen 2020 09:55:00 554 0

Samirə Mustafayeva illər sonra televiziyaya qayıtdı  FOTO

Tanınmış aparıcı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən televiziyaya qayıdır.

Son.az axşam.az-a istinadən bildirir ki, Samirə Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq. Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin "Xəbərlər" İ̇nformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.

S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.

Qeyd edək ki, S.Mustafayeva televiziyada fəaliyyətinə 2003-cü ildən başlayıb. O, xeyli müddətdir televiziyadakı işindən kənarlaşmışdı.