Gürcüstan fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edir


Digərləri 11 Sen 2020 09:38:00 158 0

Gürcüstan fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edir

Gürcüstan fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili deyib.

O xatırladıb ki, ötən ilin avqustunda Türkiyədə üç ölkənin kənd təsərrüfatı nazirlikləri arasında Strateji əməkdaşlıq barədə Bəyannamə imzalanıb:

"Biz aparıcı fındıq istehsalçıları olan Gürcüstan, Azərbaycan və Türkiyədə müntəzəm olaraq festival keçirməyi qərara almışıq".

Qeyd edək ki, sentyabrın 7-də Gürcüstanın Zuqdidi şəhərində ilk dəfə fındıq festivalı keçirilib. Bu tədbirin hər il keçirilməsi nəzərdə tutulub.