COVID19 diaqnozu ilə xəstəxanaya düşən gənclərin hər beş nəfərindən birinin intensiv terapiyaya ehtiyacı var


Dünya 11 Sen 2020 09:05:00 126 0

COVID19 diaqnozu ilə xəstəxanaya düşən gənclərin hər beş nəfərindən birinin intensiv terapiyaya ehtiyacı var

"JAMA Internal Medicine" tibb jurnalının son nömrəsində dərc edilmiş məlumata görə, bu il aprelin 1-dən iyunun 30-dək COVID-19 diaqnozu ilə xəstəxanaya düşən gənclərin 20 faizdən çoxunun intensiv terapiya şöbəsində müalicə almağa ehtiyacı olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə xəstələrin hər 10 nəfərindən birinin nəfəs ala bilməsi üçün ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmasına ehtiyac olub. Onların təqribən 3 faizi vəfat edib.

Ekspertlər aprelin 1-dən iyunun 30-dək ölkədəki 400-dən çox xəstəxanadan evə buraxılmış 780 mindən artıq yaşlı pasiyentə aid məlumatları təhlil ediblər. Bu insanların 3222 nəfəri 18-34 yaşlarında gənclər, onların 57 faizi kişi cinsinə mənsub olub.

Tədqiqata cəlb edilmiş COVID-19 xəstələrinin təqribən 60 faizi qaradərili və ya Latın Amerikası mənşəli şəxslər olub. Pasiyentlərin 37 faizi piylənmədən, 18 faizi diabetdən, 16 faizində yüksək qan təzyiqindən əziyyət çəkirmiş.