Koronavirusa yoluxan 1 şagirdə görə bütün sinif karantinə alınıb


Dünya 11 Sen 2020 03:33:00 152 0

Koronavirusa yoluxan 1 şagirdə görə bütün sinif karantinə alınıb

Latviyanın TV3 kanalının məlumatına görə, ölkə məktəblərinin birində yeni tədris ilinin əvvəlində SARS-CoV-2 virusuna yoluxma halı qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "LETA" agentliyi telekanala istinadla şagirdlərdən birinin koronavirusa yoluxduğu barədə məlumat verib.

Xəstəliyin Profilaktikası və Nəzarəti üzrə Mərkəz koronavirusa yoluxma faktının qeydə alındığı məktəbin adını gizli saxlayıb. Epidemioloqlar virusa yoluxmuş şagirdin təmasda olduğu şəxsləri müəyyənləşdiriblər.

Koronavirusa yoluxma şübhəsi ilə saxlanılanlar virusa yoluxmuş şagirdin birgə təhsil aldığı sinif yoldaşları (14 nəfər) və müəllimləridir (üç nəfər). Onların hamısı karantinə alınıb və ailə həkiminin nəzarəti altındadırlar. Məktəbdə epidemioloji araşdırma davam edir.

Xəbər verildiyi kimi, cari tədris ilində Latviyada məktəblərin 82 faizi əyani, 18 faizi qismən əyani və qismən distant tədris formasına üstünlük veriblər.