Microsoftdan sonuncu XƏBƏRDARLIQ


Digərləri 10 Sen 2020 23:45:00 173 0

Microsoftdan sonuncu XƏBƏRDARLIQ

Microsoft şirkəti növbəti dəfə Adobe Flash üçün xəbərdarlıq edib.

Son.az ted.az-a istinadən bildirir ki, məlumatda Internet Explorer 11, Chromium əsaslı Edge və Edge Legacy-nin Adobe Flash dəstəyinin bitəcəyi vurğulanıb.

Bildirilib ki, Adobe şirkəti Flash-ı istehsal etməyəcəyini hələ 2017-ci ildə deyib.

Məlumata əsasən, artıq gələn ilin əvvəlində Internet Explorer 11, Edge Legacy və Chromium əsaslı Edge səhifələri üçün ekranda xüsusi bildiriş görünəcək. Bildirişdə "Adobe Flash Player-i ləğv etmək üçün yenilə" sözləri yazılacaq.