ÜSTün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır


Dünya 10 Sen 2020 23:36:00 211 0

ÜSTün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır, bunlardan 35-i insanlarda sınaqdan keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

Baş direktor bildirib: "Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan təxminən 35-i insanlarda sınaqdan keçirilir".

Onun sözlərinə görə, tarixdə heç bir xəstəliklə bağlı bu qədər sürətli tədqiqatlar olmayıb.