Rusiyaya bu ölkələrdən DDoS hücumları edilib


Digərləri 10 Sen 2020 23:10:00 167 0

Rusiyaya bu ölkələrdən DDoS hücumları edilib

Rusiya Prezidentinin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Andrey Krutskix rəsmi Moskvada Konstitusiyaya səs vermək üçün həyata keçirilən DDoS hücumlarının hansı ölkələr tərəfindən edildiyini bildirib.

Son.az ted.az-a istinadən bildirir ki, o, müvafiq açıqlama ATƏT-in kiber təhlükəsizlik konfransında deyilib.

Onun sözlərinə görə, dövlət qurumlarına hücumlar ABŞ, Ukrayna və İngiltərə ərazilərindən qeydə alınıb: "Saniyədə 240 min sorğu tutumu olan DDoS hücumlarının mənbələri ABŞ, Böyük Britaniya, Ukrayna və bir sıra MDB ölkələrindən qeydə alınıb".

O, kritik infrastruktur və seçki proseslərini hədəf alan haker hücumlarının 2020-ci ildə adi hala çevrildiyini də əlavə edib.