Yeni Apple Watch iPod Nanoya bənzəyən qutu ilə təqdim olundu


Digərləri 10 Sen 2020 23:15:00 171 0

Yeni Apple Watch iPod Nanoya bənzəyən qutu ilə təqdim olundu

Apple-ın yeni ağıllı saatının bəzi görüntüləri ortaya çıxıb.

Son.az ted.az-a istinadən bildirir ki, Tvitter-də sızdırılan görüntülərdə Apple-ın sınaq üçün göndərdiyi bir Apple Watch nümayiş olunur.

Şirkətin yeni ağıllı saatlarını gizlətmək üçün istifadə etdiyi saxlama qutusu diqqətdən yayınmır.

Görüntülərə inansaq, Apple-ın yeni ağıllı saatı paslanmayan polad konstruksiyaya sahib olacaq.

Bundan əlavə, developerlər Apple Watch ilə inteqrasiya olunmuş idarəetmə düyməsini əvvəlki nəsillərdə olduğu kimi istifadə ediblər. Apple yeni ağıllı saatında dizayn baxımından çox da dəyişiklik etməyəcək.