Beyrut limanında yanğın baş verib VİDEO


Dünya 10 Sen 2020 18:54:00 142 0

Beyrut limanında yanğın baş verib  VİDEO

Livanın paytaxtı Beyrut limanında yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın avtomobil şinlərinin və sürtkü-yanacaq materiallarının saxlandığı zonada başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. İnsan itkiləri barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, avuqstun 4-də Beyrut limanında güclü partlayış olmuşdu. Partlayış nəticəsində 190 nəfər həlak olmuş, 6,5 mindən çox şəxs yaralanmışdı. 300 mindən çox sakin evsiz qalıb.