"Sərdar Ortaç 6 aydır təzminat ödəmir"


Digərləri 10 Sen 2020 18:59:00 155 0

"Sərdar Ortaç 6 aydır təzminat ödəmir"

Müğənni Sərdar Ortaçla 5 illik evliliyini bitirib vətəninə dönən Xloe Loughnan İrlandiyada xoşbəxt həyat yaşadığını açıqlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, Ortaç boşanma ərəfəsində keçmiş arvadına 10 illik münasibətlərinin qarşılığında təzminat verdiyini söyləmişdi.

"Müqavilə imzaladıq. Hər ay təzminat ödəyəcəm" deyib.

Xloe isə Sərdarın 5-6 aydır ona heç bir ödəniş etmədiyini bildirib:

"Mənə zəng etdi ki, imkanım yoxdur. 2 il hər ay ödəmə edəcəkdi, amma canı sağ olsun. Burada ailəmlə xoşbəxtəm".