Yeni dərs ili üçün cədvəl nümunələri açıqlanıb


Digərləri 10 Sen 2020 18:20:00 291 0

Yeni dərs ili üçün cədvəl nümunələri açıqlanıb

Təhsil Nazirliyi məktəb rəhbərləri və müəllimlər üçün hibrid tədris üçün dərs cədvəli nümunəsini təqdim edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bu nümunələr 4 müxtəlif situasiyanı əhatə edir:

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

- əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün

- əyani tədris həftədə 3 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verməzsə, başqa sözlə, sinif qruplara bölünərsə.