Yunanıstan Türkiyə yaxınlığındakı daha bir adaya qoşun yeridib


Dünya 10 Sen 2020 18:37:00 149 0

Yunanıstan Türkiyə yaxınlığındakı daha bir adaya qoşun yeridib

Yunanıstan ordusu Türkiyə sahilləri yaxınlığındakı daha bir adaya qoşun yeridib.

Son.az Trend-ə istinadən bildirir ki, Meis adasının ardınca, yunan əsgərləri Qaraada adasına daxil olub.

Adada olan bəzi binaların qərargaha çevrildiyi qeyd edilib.

Qeyd edək ki, bir müddət əvvəl Yunanıstan qoşunları Meis adasında fəaliyyət göstərdikləri üçün Türkiyənin Hərbi Dəniz Qüvvələri hazır vəziyyətə gətirilmişdi.

Qaraada adası Türkiyədən 2.4 kilometr məsafədə yerləşir.

İki ölkə arasında gərginlik Türkiyə Şərqi Aralıq dənizi regionunda təbii qaz kəşfiyatlarını keçirdikdən sonra başlayıb.

Son.az