Karantin vaxtı əməliyyat olunan yerli tanınmışlar


Şou-biznes 10 Sen 2020 18:09:00 169 0

Karantin vaxtı əməliyyat olunan yerli tanınmışlar

Artıq son illərdir görünüşündə dəyişiklik etmək istəyən plastik əməliyyata üz tutur. Karantin günlərində isə bu hal daha da çoxaldı. Evdə oturmaq fürsətindən istifadə edən estetik klinikaya qaçdı.

Toyların, dəvətlərin və efirlərin olmamasından istifadə edən bəzi şou-biznes nümayəndələri də plastik-əməliyyat üçün karantini fürsət bildilər.

Son.az axşam.az-a istinadən pandemiya dövründə bıçaq altına yatan tanınmışları təqdim edir:

Əməkdar artist Lalə Məmmədova rinoplastikaya müraciət edib. Müğənni burnundakı qüsuru aradan qaldırmaq üçün bıçaq altına yatıb.

Müğənni Nazənin də karantində əməliyyat masasına uzanıb. O, bədənindəki piyləri çıxartdırıb və bədənşəkilləndirməyə müraciət edib.

Əməkdar artist Könül Kərimova isə ikinci dəfə burun əməmliyyatı keçirib. Müğənni plastik əməliyyatını gizlətməyə çalışsa da, sosial şəbəkədə yayılan fotosu onun sirrini ortaya çıxarıb.

Aparıcı Aytəkin Mərdanova karantində bədənşəkilləndirmə etdirib. "İstanbul NS" klinikasına üz tutan aparıcı bədənində olan artıq piyləri çıxartdırıb.

Muğam ifaçısı Eldəniz Məmmədov isə tökülən saçlarına çarəni plastik əməmliyyatda tapıb. Xanəndə başına tük əkdirib. O, 11 saat davam edən əməliyyatla anasının arzusunu gerçəkləşdirdiyini söyləyib.

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə də karantində plastik əməliyyat etdirənlər sırasına daxil olub.O, bədənindəki artıq piyləri çəkdirib.

Aparıcı Lalə Mustafayeva da karantində əməliyyat masasına yatıb. O, lipoşapinq (artıq yağların bir yerdən alınıb başqa nahiyəyə vurulması) etdirib.

Aparıcı Zümrüd Bədəlova isə üz nahiyəsində dəyişikliklər etdirib. O, qaşqaldırma, pişik göz etdirməklə yanaşı, qulaqlarının formasını da dəyişdirib.