"Hələ ki onu qısqanmıram"


Şou-biznes 10 Sen 2020 16:53:00 138 0

"Hələ ki onu qısqanmıram"

Müğənninin işçiləri, ailəsi var. Qazanc olmasa da, onların pulunu verməlisən. Varlıdan tutmuş kasıba qədər hamı əziyyət çəkir, vəziyyət yaxşı deyil. Çox kasıb insanlar var. Onları görüb "yoxumuzdur" demək ayıbdır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "10-da görüşək" proqramına qonaq olarkən deyib.

O, pandemiya dövründə hər kəsin maddi sıxıntılarının olduğunu bildirərək sənətçilərin pulsuzluqdan şikayətlənməsini birmənalı qarşılamadığını qeyd edib.

Sevda, eyni zamanda, karantindən sonra böyük toy etməyəcəyini açıqlayıb: "İcazə verilən kimi toy baş tutacaq. Mənim də arzumdur. Əvvəl lap böyük keçirilməsini istəyirdim. İndi başa düşürəm ki, belə bir şey olmayacaq".