"Koronavirusun ikinci dalğası daha ağır ola bilər"


Digərləri 10 Sen 2020 15:54:00 119 0

"Koronavirusun ikinci dalğası daha ağır ola bilər"

Bir neçə gün öncə Ümumdünya Səhiyyə təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesusun dünyanı yeni növ koronavirusun ikinci dalğasına daha yaxşı hazırlaşmağa çağırışı daha böyük fəlakətin baş verəcəyi iddialarını artırır.

Bəs azərbaycanlı mütəxəssislər bu barədə nə düşünür?

Bununla bağlı Son.az-a koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan 1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov açıqlama verib:

"Birmənalı deyim ki, bunu heç kim dəqiq bilə bilməz. Biz müşahidələrimiz və əldə etdiyimiz informasiyalara əsasən fikir bildirə bilərik. Bir ölkədə ikinci dalğa gəlirsə, o adətən birincidən güclü olur. Bu, virusun yoluxma coğrafiyasına görə də belədir. Yanvardan bu günə qədər ölkəmizdə pandemiya ilə bağlı gedən proseslərə əsasən deyə bilərik ki, biz özümüzü İtaliyadakı, Çindəki, İngiltərədəki, Almaniyadakı, İspaniyadakı proseslərlə müqayisə edəndə bizim dövlət o qədər qabaqlayıcı tədbirlər, onun qarşısını almaq üçün vaxtında profilaktiki işlər gördü ki, o ölkələrdə baş verən dəhşətli proseslər bizdə təkrarlanmadı. Vaxtında yolu-izi bağladı. Bizim ölkəyə daha çox gəliş-çıxış İran tərəfdən, Rusiyadan idi. Bununla bağlı o qədər qabaqlayıcı tədbirlər görüldü ki, yoluxmanın sürətli artmının qarşısı vaxtında alındı.