Arvadı intim münasibətdən imtina etdi, ürəyindən bıçaqlayıb boğazını kəsdi


Kriminal 10 Sen 2020 16:45:00 136 0

Arvadı intim münasibətdən imtina etdi, ürəyindən bıçaqlayıb boğazını kəsdi

Xaçmaz rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Eynulla Musayevin cinayət işinə baxılıb.

Son.az xəbər verir ki, dəhşətli qətl hadisəsi Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində baş verib.

İstintaqla müəyyən olunub ki, Eynulla Musayev arvadı Şərqiyyənin onunla intim əlaqədə olmağa uzun müddət razılıq verməməsi səbəbindən dəfələrlə mübahisə edərək sonuncunun ona xəyanət etməsindən şübhələnib.

Mayın 27-si səhər saat 11:00 radələrində birgə yaşadıqları evdə həyat yoldaşına əlaqədə olmağı təklif edərkən sonuncu yenə də ona etiraz edərək kobud cavab qaytarıb.

Bu səbəbdən aralarında mübahisə yaranıb. Musayev ondan qisas almaq qərarına gələrək gödəkcəsinin cibindən bıçaq çıxarıb Şərqiyyənin döş qəfəsi və boyun nahiyyələrinə 3 ədəd bıçaq xəsarəti yetirməkdə onu qəsdən öldürüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Eynulla Musayev bildirib ki, 1996-cı ildə Şərqiyyə ilə ailə həyatı qurub və birgə nigahdan iki övladları dünyaya gəlib.

Evləndikdən sonra Köhnə Xaçmaz kəndində ev tikib orada yaşayıb. Qızları anadan olandan sonra yoldaşı ilə münasibətləri tədricən soyumağa başlayıb. Arvadı onu özünə yaxın buraxmayıb. Musayev yoldaşının ona başqa şəxslə xəyanət etməsindən şübhələnib.

Hadisə baş verən gün səhər saatlarında qızı məktəbə, arvadı isə işləmək üçün sahəyə yollanıb. Eynulla Musayev isə Xaçmaz şəhərinə getməkdə ötrü evdən çıxıb, lakin bir qədər sonra yarı yoldan evə qayıdıb.

Evdə Şərqiyyənin qonşularla birgə oturub çay içdiklərini görüb. Musayev kiçik otağa keçib. Bir müddət sonra qonşular çıxıb getdikdə arvadı ilə evdə tək olduqlarını görüb yoldaşına intim əlaqədə olmağı təklif edib. Lakin arvadı razılaşmayaraq onu söyməyə başlayıb.

O, arvadına uzun müddətdir əlaqədə olmadıqlarını xatırladıb etiraz etməməyi xahiş etsə də, yoldaşı yenə də onu söyməkdə davam edib. Bu səbəbdən Eynulla möhkəm əsəbləşib və evdəki mətbəx bıçağını götürüb cibinə qoyub.