DİM: Bu il II qrup üzrə keçid balı aşağı olacaq


Digərləri 10 Sen 2020 16:39:00 118 0

DİM: Bu il II qrup üzrə keçid balı aşağı olacaq

Bu il II ixtisas qrupunda müsabiqə keçid balı keçən ilkinə nisbətən aşağı olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ixtisaslar üzrə keçid ballarının ötən il nisbətən daha aşağı olacağı gözlənilir: "Amma ola bilər ki, hansısa yeni ixtisasda keçid balı çox yüksək olsun. Ancaq bunu biz indi bilə bilmərik. Çünki bu ixtisaslar üzrə ilk dəfə qəbul aparılır".