Yaxın vaxtlarda 2021ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq


Digərləri 10 Sen 2020 16:02:00 122 0

Yaxın vaxtlarda 2021ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq

Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsi müzakirə üçün Milli Məclisə daxil olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib.

T.Mirkişili bildirib ki, Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb:

"2021-ci ildə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır. Bu büdcə ilk dəfə orta müddətli xərclər əsasında hazırlanıb".