Deputatlar bir sıra məsələləri Milli Məclisin plenar iclasına tövsiyə etdi


Siyasət 10 Sen 2020 16:03:00 124 0

Deputatlar bir sıra məsələləri Milli Məclisin plenar iclasına tövsiyə etdi

Sentyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabata, komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxılıb. Həmçinin, altı qanun layihəsi müzakirə olunub.

Tədbirdə komitə üzvləri "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında" Sazişin təsdiq olunması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, "Dövlət rüsumu haqqında" dəyişiklik edilməsi barədə (birinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Əmək Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "İşsizlikdən sığorta haqqında" və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında qanunlarda dəyişiklik edilməsi barədə, Mülki Prosessual Məcəlləsində, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Nağdsız hesablaşmalar haqqında" dəyişiklik edilməsi barədə (birinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini müzakirə ediblər.

Komitə üzvləri gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.