Tanınmış aparıcıya nazirlikdə yeni vəzifə verildi


Digərləri 10 Sen 2020 14:56:00 162 0

Tanınmış aparıcıya nazirlikdə yeni vəzifə verildi

Tanınmış aparıcı Günel Bəhramqızına İqtisadiyyat Nazirliyində yeni vəzifə verilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Günel Bəhramqızı özü məlumat verib.

G.Bəhramqızı bildirib ki, artıq fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri olaraq davam etdirəcək: "Təmsil etdiyim qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa məmnuniyyətlə cavablandırmağa hazırıq! Sizi əməkdaşlığa dəvət edir, göstərəcəyiniz dəstək üçün təşəkkür edirəm!"

Qeyd edək ki, Günel Bəhramqızı indiyə qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb, "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "İqtisadi zona" verilişinin aparıcısı olub.