Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 323 nəfər çatıb


Digərləri 10 Sen 2020 14:58:00 108 0

Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 323 nəfər çatıb

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 323 nəfər çatıb.

Son.az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutka ərzində infeksiyaya 6 yeni yoluxma qeydə alınıb.

İndiyə qədər 283 nəfər xəstəlikdən sağalıb, hazırda 38 nəfərin müalicəsi davam edir, onlardan 7 nəfərin vəziyyət ağır, 5 nəfərin vəziyyəti isə orta ağırdır.

Hazırda 55 nəfər karantindədir.