Saxta məcburi nişanların dövriyyəsini həyata keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar


Digərləri 10 Sen 2020 14:14:00 109 0

Saxta məcburi nişanların dövriyyəsini həyata keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Azərbaycanda saxta məcburi nişanların dövriyyəsini həyata keçirənlər cinayət məsuliyyətinə cəlb olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, saxta məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektlərindən istehlak məqsədi ilə əldə etmək istisna olmaqla, saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və satmaya görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunacaq.

Eyni zamanda, məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlamadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməllər külli miqdarda törədildikdə, təkrar törədildikdə və qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Pərakəndə satış istisna olmaqla, məcburi nişanlama ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma 1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.