Yeni piyada keçidi ilə bağlı vətəndaşların fikirləri VİDEO


Digərləri 10 Sen 2020 13:48:00 132 0

Yeni piyada keçidi ilə bağlı vətəndaşların fikirləri  VİDEO

Bakının Mərdəkan-Zuğulba avtomobil yolunun üzərində inşa edilən yeni piyada keçidi artıq isatifadəyə verilib.

Son.az bildirir ki, Prezident İlham Əliyevin açılışında iştirak etdiyi yeni keçid vətəndaşların təhlükəsizliyinə hesablanıb. Yerüstü keçid adıçəkilən yolda avtomobillərin də təhlükəsiz hərəkətinə şərait yaradıb.

Sürət həddi 110 km.saat nəzərdə tutulan yoldan əvvəllər piyadalar keçid üçün istifadə edirdilər. Bu da həm avtomobillər, həm də sakinlərin hərəkəti üçün əsl təhlükə mənbəyi idi. İstifadəyə verilən yeni keçid artıq bu təhlükəni aradan qaldırıb. Yeni istifadəyə verilən yerüstü keçiddə piyadalarla yanaşı, velosipedçilər üçün də yol nəzərdə tutulub.

Keçidin bu keyfiyyətləri ərazidə yaşayan sakinlər tərəfindən məmnunluqla qarşılanıb. Vətəndaşlar bildirir ki, keçidin istifadəsindən sonra ərazidə olan problem tam həll olunub, artıq təhlükəsiz şəkildə yolu qarşıya keçmək mümkündür.

Son.az bildirir ki, Trend-ə açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü, 72-si yeraltı piyada keçididir: "Bu günədək ölkədə 180 ədəd piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir"