Braziliyada koronavirusa daha 35 816 nəfər yoluxub


Dünya 10 Sen 2020 12:29:00 164 0

Braziliyada koronavirusa daha 35 816 nəfər yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 35 816 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 197 889 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 075 nəfər ölüb, ölənlərin ümumi sayı 128 539 nəfər təşkil edir.