BNA daha 300 avtobusun alınması üçün tender elanı verib


Digərləri 10 Sen 2020 12:33:00 144 0

BNA daha 300 avtobusun alınması üçün tender elanı verib

Türkiyədən alınan 115 avtobusun hamısı bu ilin noyabr ayına qədər Bakıya gətiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, artıq alınan avtobusların Bakıya gətirilməsinə başlanıb: "İlk olaraq 10 avtobus artıq Bakıdadır. Hazırda həmin avtobuslar yoxlaılır. Növbəti həftələrdə də alınan avtobuslar hissə-hissə Bakıya gətiriləcək. Proses oktyabrın sonuna qədər çəkəcək. Oktyabrın sonunda 115 avtobusun hamısı Bakıda olacaq".

BNA rəsmisi qeyd edib ki, bundan əlavə daha 300 avtobusun alınması üçün tender elanı verilib.