Gürcüstanda toy və yas mərasimlərində 10 nəfərdən artıq insanın iştirakına qadağa qoyuldu


Dünya 10 Sen 2020 12:18:00 171 0

Gürcüstanda toy və yas mərasimlərində 10 nəfərdən artıq insanın iştirakına qadağa qoyuldu

Gürcüstan hökuməti toy, yas, ad günü mərasimləri və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı yeni qərara aydınlıq gətirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qadağalarla toy, ad günləri və digər sosial tədbirlərin keçirilməsi qadağan edilmir.

Lakin həmin tədbirlərdə 10 nəfərdən artıq adamın iştirakı qadağan olunur.

Hökumət administrasiyasından bildirilib ki, bu qərar ölkədə koronavirus pandemiyasının yenidən yayılma riskini azaltmaq məqsədilə qəbul edilib.