Amerika Kino Akademiyası yeni standartlar qəbul edib


Digərləri 09 Sen 2020 23:31:00 190 0

Amerika Kino Akademiyası yeni standartlar qəbul edib

Amerika Kino Akademiyası Oskarın "Ən yaxşı film" nominasiyasına iddialı olan ekran əsərlərinin müəllifləri üçün yeni standartlar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalar irqi, etnik, seksual azlıqlar və qadınlara qarşı olan zorakılıqlarla mübarizəyə yönləndirilib.

Məlumatda qeyd olunub ki, qəbul edilən standartlar tamaşaçılar arasındakı fərqləri əks etdirmək üçün ekranda və ondan kənarda olan insanların ədalətli müxtəlifliyini təmin etmək üçün hazırlanıb.

Bildirilib ki, əgər hansısa bir ekran əsəri ilin "ən yaxşı filmi" adını almaq istəyirsə, akademiyanın irəli sürdüyü 4 meyardan ən azı ikisinə cavab verməlidir.

Amerika Kino Akademiyası, ilk növbədə, aktyor heyətinə diqqət yetirəcək. Baş və ya ikinci dərəcəli rolda oynayan aktyorlardan ən azı bir nəfər irqi və ya etnik azlıqda olanları təmsil etməlidir. Əgər buna nail olmaq mümkün deyilsə, o zaman film truppasının 30 faizini irqi, etnik, seksual azlıqların nümayəndələri və sağlamlıq imkanı məhdud olan qadınlar təşkil etməlidir.