Uşaqlar üçün xüsusi koronavirus peyvəndi hazırlanır


Dünya 09 Sen 2020 23:39:00 146 0

Uşaqlar üçün xüsusi koronavirus peyvəndi hazırlanır

Rusiyanın koronavirusa qarşı peyvəndi iki kateqoriyada (uşaqlar və böyüklər üçün) təqdim olunacaq.

Son.az xəbər verir ki, bu barədə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin şöbə müdiri, professor Aleksandr Butenkoy məlumat verib.

A.Butenko bildirib ki, uşaqlar üçün peyvənd daha az reaktogen olacaq:

"Uşaqlarda bədən kütləsi böyüklərə nisbətən daha azdır, buna görə də onlarda doza azaldılacaq. Uşaqların immun sistemi böyüklərdəki qədər inkişaf etmiş olmaya bilər. Onlar üçün peyvəndin istehsalı kütləvi testləşmədən sonra başlanılacaq". (publika.az)