ABŞ Federal Məhkəməsi DV2020 qrinkart lotereyasının qaliblərinin ABŞa immiqrasiya etmələrinə icazə verib


Dünya 09 Sen 2020 23:07:00 164 0

ABŞ Federal Məhkəməsi DV2020 qrinkart lotereyasının qaliblərinin ABŞa immiqrasiya etmələrinə icazə verib

Vaşinqtonun federal hakimi qrin-kart lotereyasının qaliblərinin və əcnəbi işçilərin ABŞ-a gəlməsinə Tramp administrasiyası tərəfindən qoyulmuş qadağanı qismən ləğv edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dairə hakimi Amit Mexta federal hökumətin DV-2020 qrin-kart lotereyasının qaliblərinə və onların qohumlarına 2020-ci il sentyabrın 30-da başa çatan viza müddətinin sonuna qədər onlara viza verilməsini qadağan edən qanunun tətbiq olunmasına müvəqqəti qadağa qoyub.

Hakim Tramp administrasiyasından bu müraciətlərə müəyyən olunmuş müddətdə, yəni ABŞ-da maliyyə ilinin sonuna qədər operativ baxılması üçün səy göstərilməsini tələb edib. Məhkəmənin qətnamələri bu ilin sonuna qədər lotereya qaliblərinin ABŞ-a gəlmələrinə əvvəlki kimi mane olacaq, lakin onlara Dövlət Departamenti tərəfindən vizalar verilməsinə əngəl törətməyəcək. Məhkəmənin fikrincə, Dövlət Departamenti lotereya qaliblərinin viza barədə müraciətlərə baxılmasının dayandırılması üçün hər hansı bəraət təqdim etməyib və onun nümayəndələri bu insanlara viza verilməsi prosesinin nəyə görə dayandırılmasını izah edə bilməyiblər.

İmmiqrasiya haqqında qanuna görə əgər lotereyanın qalibləri həmin lotereyanın keçirildiyi il sentyabrın 30-na qədər viza almasalar, onlar bu hüquqdan tamamilə məhrum ediləcəklər.