Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır


Digərləri 09 Sen 2020 23:10:00 197 0

Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır

Bölgələrdə yonca əkini sahələri ilbəil genişləndirilir.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumatda bildirilir ki, bu il təkcə Biləsuvarda yonca sahəsi 10 min hektara yaxın artırılıb. Bu baxımdan bir çox rayonda toxumçuluq təsərrüfatlarında toxumluq yonca istehsalına ciddi zərurət yaranıb.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlığın inkişafının mühüm rolu var. Bunun üçün müasir yem bazasının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əsasən əvəzsiz yem bitkisi olan yoncanın "AZNİXİ-5", "262", "Abşeron", "Aran", "Agstafa-1" sortları rayonlaşdırılıb.