İkimərtəbəli evin birinci mərtəbəsi yanıb


Digərləri 09 Sen 2020 22:52:00 175 0

İkimərtəbəli evin birinci mərtəbəsi yanıb

Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 336 m2 olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və çardağı 70 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.