Qalmaqallı Amaci qayıdır


Digərləri 09 Sen 2020 21:10:00 221 0

Qalmaqallı Amaci qayıdır

Bir vaxtların məşhur hind serialı "Bu zalım dünyada doğulma" yenidən efirə qayıdır.

Son.az axşam.az-a istinadən bildirir ki, daha çox baş qəhrəman Amacinin adı ilə tanınan ekran işini "Space" yenidən yayımlayacaq.

2009-cu ildə lentə alınan və 2012-ci ildə Azərbaycanda efirə gedən və yarımçıq kəsilən serialın köhnə bölümləri ilə yanaşı yeni bölümləri də nümayiş olunacaq.

"Bu zalım dünyada doğulma" serialı böyük qalmaqal yaratmış və yarımçıq efirdən qaldırılmışdı.