Gürcüstanda bəzi məhdudiyyətlərin müddəti noyabrın 1dək uzadılıb


Dünya 09 Sen 2020 20:50:00 145 0

Gürcüstanda bəzi məhdudiyyətlərin müddəti noyabrın 1dək uzadılıb

Gürcüstanda bəzi məhdudiyyətlərin müddəti noyabrın 1-dək uzadılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Bildirilir ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurur. Gürcüstanda son günlər koronavirusa yoluxma hallarının artması səbəbindən teatr, kinoteatr və uşaq əyləncə mərkəzlərinin açılması noyabrın 1-dək təxirə salınıb.

Qeyd edək ki, ölkədə kinoteatrların sentyabrın 15-də, teatrların isə oktyabrın 1-də açılması nəzərdə tutulurdu.