Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi


Digərləri 09 Sen 2020 18:06:00 164 0

Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi

Amerikalı kantri-pop-musiqiçisi Teylor Svift Uitni Hyustonun nüfuzlu "Billboard 200" hit-paradındakı uğurunu təkrarlayaraq tarixdə ən çox dinlənilən qadınlarından biri olub.

Son.az bildirir ki, bu barədə "Billboard" xəbər verir.

Bildirilir ki, müğənninin iyul ayının sonunda çıxan "Folklore" albomu altıncı həftədir ilk sıralarda yer alıb. Ümumilikdə Sviftin mahnıları artıq 46-cı həftədir ki, "Billboard 200"ün zirvəsində qərar tutub.

Eyni nəticəni 2012-ci ildə vəfat edən amerikalı müğənni Uitni Hyuston da göstərmişdi. Onun dörd albomu "Billboard 200"də birinci olub: debüt "Whitney Houston" (1986-cı ildə 14 həftə), "Whitney" (1987-də 11 həftə), "The Bodyguard" soundtreki (1992-1993-cü illərdə 20 həftə) və "I Look to You"  (2009-cu ildə bir həftə)).